The Most Viewed Videos of all Time
Welcome
Login / Register

“Şifrləyici-troyanlar”ın insanlar üçün təhlükəsi - AZƏRBAYCAN TOP-10-LUQDA

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Added by in Top 10
11 Views

Description

Müasir dünyamızın açarı hesab olunan internetin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyini yəqin ki, böyükdən-kiçiyə hər kəs təsdiq edər.

APA TV-nin məlumatına görə, hazırda elə şəxs tapılmaz ki, gün ərzində internetdə az da olsa, vaxt keçirməsin. Təbii ki, bunun zərərli tərəfləri də var. Söhbət heç də kompüter və ya planşet şüasının insan səhhətinə vurduğu ziyandan getmir. Bu dəfə internetin insana vurduğu maddi və mənəvi zərərlərin birindən - “şifrləyici-troyanlar”dan danışacağıq.

Bu işlə məşğul olan “işbazlar” əsasən şifrləyici-troyanlar”ı kompüterlərə yoluxdurmaq üçün qrafik fayllardan, müxtəlif formatlı fotolardan və digər vasitələrdən istifadə edirlər. İnternet vasitəsilə kompüterimizə, planşetimizə, mobil cihazımıza yüklənən bu tipli viruslar, kompüterimizi və digər qurğularımızı sıradan çıxara, lazımlı fayllarımızın sistemdən silinməsinə, eləcə də sosial şəbəkə, bank və digər hesablarımızın məhv olmasına belə gətirib çıxara bilər.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? “Kaspersky Lab” şirkətinin bu ilin ilk rübünə olan hesabatına görə, Azərbaycan şifrləyici-troyanlar”a məruz qalan ölkələrin siyahısında TOP-10-da qərarlaşıb. Sözügedən siyahıda ölkəmiz 0,81%-lik göstərici ilə 9-cu pillədədir. Kiçik şifrləyici-troyanlar vasitəsilə yayılan viruslar ilk baxışdan “zərərsizmiş” kimi təsir bağışlasa da, onların sonradan törədə biləcəyi fəsadlar daha böyük olur.

Bu da kibertəhlükəsizliyin önəmini artırır və kibercinayətkarlıqla mübarizənin daha gücləndirilməsini labüd edir. Azərbaycan İnternet forumunun prezidenti Osman Gündüz düşünür ki, sözügedən problem yalnız fərdi istifadəçilər üçün təhlükəlidir. “Azərbaycanda kibertəhlükəsizliklə bağlı, kibercinayətkarlıqla bağlı müəyyən qədər problem var. Bu da əsasən fərdi istifadəçilərlə bağlıdır. İndi son dövrlərdə dövlət sektorunda informasiya təhlükəsizliyi ilə bağlı kifayət qədər güclənib. Eyni zamanda, özəl sektorda da bu istiqamətdə bir sıra addımlar atılıb. Bu hesabatlardan görünür ki, əsasən bizdə kiberhücumlara məruz qalan sahələr daha çox fərdi istifadəçilərlə bağlı olur. Bu da informasiya təhlükəsizliyi ilə bağlı qaydalara əməl olunmaması ilə bağlı olur. Düşünürəm ki, son dövrlərdə Azərbaycana qarşı maraq da arta bilər. Kibercinayətkarların marağının cəlb edilməsi istiqamətində müəyyən məsələlər ola bilər”.

Osman Gündüz deyir ki, “şifrləyici-troyan” hücumlarının qarşısını almaq üçün fərdi internet istifadəçilərini maarifləndirmək lazımdır: “Bu problemi aradan qaldırmaq üçün informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər olmalıdır. Elə “Kaspersky Lab” şirkəti və digər şirkətlər lisenziyalı proqramların istifadəsi ilə bağlı maarifləndirici işlər aparmalıdırlar. Bir kampaniyalar keçirməlidirlər. Deyək ki, bunların ucuz əldə olunması üçün bir həvəsləndirici tədbirlər olmalıdır. Çalışmaq lazımdır ki, bu cür hücumların zərərinin az olması üçün, daha az itki ilə çıxmaq üçün insanlar elementar informasiya təhlükəsizlik qaydalarına əməl etməlidirlər”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Ləman Hüseynzadə bildirir ki, hazırda dövlət tərəfindən bu sahədə davamlı olaraq işlər aparılır və internet üzərindən gələn təhlükələrin aradan qaldırılmasının qarşısını almaq üçün 2 qurum fasiləsiz olaraq fəaliyyət göstərir: “26 sentyabr 2012-ci il tarixli 708 nömrəli fərmanla ölkəmizdə 2 qurum yaradılmışdır. Bunlardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Elektron təhlükəsizlik xidməti, digəri isə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Təhlükəsizlik Dövlət Agentliyidir. Qeyd edim ki, beynəlxalq təcrübədə də, milli təcrübədə də cert qurumları var. Bu sert qurumları kompüter üzərindən gələn təhlükələrin qarşısını almaq üçündür. Hazırda ölkəmizdə 3 cert qurum var. Bunlardan biri milli certdir – yəni cert.az, digəri cert.gov.az-dır. Bununla dövlət qurumlarının informasiya ehtiyatlarının təhlükəsizliyi təmin olunur. Üçüncü isə Azsain certdir ki, bu da Milli Elmlər Akademiyasının nəzdində yaradılıb və elmi sahənin informasiya təhlükəsizliyinin təmin olunmasında istifadə olunur”.


Rəsmi saytımız
https://www.apa.tv

APA TV onlayn xəbər agentliyinin rəsmi YouTube kanalı
https://www.youtube.com/APATVOfficial

Facebook səhifəmiz
https://www.facebook.com/tvapaxeber

İnstagram səhifəmiz
https://www.instagram.com/apatvresmi

Twitter səhifəmiz
https://twitter.com/APATVRESMI


Video Adı: “Şifrləyici-troyanlar”ın insanlar üçün təhlükəsi - AZƏRBAYCAN TOP-10-LUQDA
Video Link: https://youtu.be/sx5dUWoD8gA

apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020


#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Post your comment

Comments

Be the first to comment
RSS